23 yanvar 2021 19:54
957

Liviyada yeni siyasi dönəm

Misirin Hurqada şəhərində BMT-nin Liviyaya Dəstək Missiyasının (UNSMILL) himayəsi altında aparılan danışıqlarda münaqişə tərəflərinin bir həftə ərzində təsis ediləcək üç nəfərdən ibarət Prezident Şurası və Baş nazir vəzifəsinə namizədlərin irəli sürülməsi təklif edilib.

“İki sahil” xəbər verir ki, Liviya xalqı dekabrın 24-də keçiriləcək ümumi seçkilərdə Tripoli və cənub bölgəsinin namizədlərinə səs verəcəklər. Missiyanın saytında yerləşdirilən məlumatda qeyd olunub ki, tərəflər ötən ilin noyabrında Tunisdə yaradılmış Liviya Siyasi Dialoqu Forumunun qəbul etdiyi prinsiplərlə razılaşıb. İrəli sürüləcək namizədlər forumun xüsusi iclasında təsdiq ediləcək və bundan sonra seçki siyahısına salınacaq.