15 aprel 2019 18:09
252

Lixtenşteyn-Azərbaycan oyununun vaxtı açıqlanıb

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Yığmamızın Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu iyunun 6-da Eşen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.