26 sentyabr 2020 23:21
697

Londonda etiraz aksiyası keçirilib

Londonun Trafalqar meydanında yüzlərlə insan ölkədə karantin rejiminin tətbiq olunmasına görə etiraz aksiyası keçirib.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, etirazçılar karantin qaydalarının sərtləşdirilməsinin dayandırlmasını tələb ediblər.

Mitinq zamanı polis və aksiyaçılar arasında qarşıdurma yaranıb. Dörd polis məmuru və 3 nümayişçi yaralanıb. Polislərdən 2-si xəstəxanaya yerləşdirlib, 10 etirazçı isə həbs edilib.

Londonun meri Sadiq Xan “Twitter” hesabından etirazçıları dağılışmağa səsləyib. O bildirib ki, aksiyalar şəhərin təhlükəsizliyini riskə atır.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün bəzi bölgələrdə hökumət tərəfindən karantin rejimi sərtləşdirilib.