21 oktyabr 2020 11:18
1022

Luçesku ÇL-in tarixinə düşdü

"Dinamo"nun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.

"İki sahil" qol.az-a istinadən xəbər verir ki, bu mövsüm Kiyev təmsilçisinin başında "Yuventus"a qarşı  oyuna çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

Qeyd edək ki, "Dinamo" - "Yuventus" görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.