02 iyul 2020 16:01
1130

Lukaşenko elan etdi: Belarus koronavirusa qalib gəlib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin səhiyyə sisteminin koronavirus pandemiyası ilə mübarizədə dözüm nümayiş etdirərək xəstəliyə qalib gəldiyini bəyan edib. “İki sahil” APA-ya istinadla xəbər verir ki, Belarus Prezidenti bildirib ki, koronavirusa qarşı mübarizə yumşaldılmayacaq: “Koronavirus infeksiyası səbəbindən ön cəbhədə tibb işçiləri idilər. Lakin bizim səhiyyə sistemi buna davam gətirdi. Biz mübarizəni yumşaltmayacağıq, halbuki artıq bu gündən qalib gəldiyimizi demək olar”. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Belarus “siyasi cəhətdən sağlam fikir və xalq müdrikliyi” nümayiş etdirib. Qeyd edək ki, iyulun 1-ə olan məlumata görə, Belarusda 62 424 nəfər koronavirusa yoluxub, 398 nəfər vəfat edib.