11 iyul 2020 09:51
1047

Lüksemburq koronavirusa görə təhlükəli ölkələr siyahısına salınıb

Lüksemburq Avropanın 62 ölkəsi ilə birlikdə təhlükəli ölkələr siyahısına salınıb.

AZƏRTAC xəbər verir ki, son həftə Lüksemburqda COVID-19 xəstələrinin sayı artdığı üçün Danimarka onu təhlükəli ölkələr siyahısına əlavə edərək, vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Lüksemburqla yanaşı, Portuqaliya, İsveç kimi ölkələrin də adının qara siyahıya salındığı bildirilib.

Danimarka və Finlandiyadan əlavə, Norveç, Litva, Latviya, Estoniya da Lüksemburqu təhlükəli ölkələr siyahısına əlavə edib.

Bildirilib ki, adı sadalanan ölkələrə Lüksemburq vətəndaşı gələrsə, 14 günlük karantinə riayət etməli olacaq.