29 sentyabr 2020 14:50
1334

Madagizdəki erməni alayı tamamilə demoralizə olunub

Polkovnik Vaqif Dərgahlı: Ermənistan ordusunun Madagizdəki alayı tamamilə demoralizə olunub

Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun Madagizdəki alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb.

Bunu "İki sahil"-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər.