14 yanvar 2021 00:39
236

Mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi

İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi start götürüb.

"İki sahil" bildirir ki, prosesdə "Ndrangeta" mafiyasına bağlı 355 nəfər müttəhim qismində iştirak edəcək.

Dünən başlayan məhkəmə prosesinin iki ilə yaxın davam edəcəyi gözlənilir.

Prosesdə 900-dən çox şahid dindiriləcək, müttəhimlərin hüquqlarını 600-dən çox vəkil müdafiə edəcək. İrəli sürülən ittihamlar arasında qətl, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, şantaj da yer alır. İlkin məhkəmə iclasında müttəhimlərin adlarının sadalanması 3 saata yaxın davam edib.