20 may 2019 13:23
851

Mahir oradan da atasının adını və soyadını sildirdi

Mədətovlar ailəsindəki qalmaqal son günlər gündəmdən düşmür.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və başqası ilə ailə qurmasını övladları qəbul etməyib.

Prodüserin oğlu, "Qarabağ" futbol klubunun üzvü Mahir atasının adından və soyadından imtina edərək, əvvəlcə şəxsiyyət vəsiqəsini dəyişdirib. Bu dəfə isə Mahir "Wikipedia"da özü ilə bağlı bütün məlumatlarını dəyişdirib. O, atası ilə bağlı hissəni oradan sildirib. Mahir şəxsiyyət vəsiqəsində olduğu kimi atasının adını Mahir, soyadını isə Emreli kimi qeyd edib.

Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurur. Cütlüyün xına mərasimi olub. Anar bildirib ki, toy etməyəcək. O, artıq kəbin kəsdirdiyini açıqlayıb.

Anar və Elnurə cütlüyünün iki övladı var.