07 avqust 2020 14:12
1361

Maks Kruze yenidən Almaniya klubunda çıxış edəcək

İstanbulun “Fənərbağça” klubu ilə müqaviləsini təktərəfli ləğv edən Maks Kruzenin yeni komandası müəyyənləşib.

32 yaşlı alman hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, “Union Berlin”lə müqavilə imzalayıb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berlin klubu müqavilənin şərtlərini açıqlamayıb.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm “Fənərbağça”da 23 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.