03 dekabr 2020 13:54
434

"Mançester Siti" 17 yaşlı futbolçu alır

"Mançester Siti" "Estudiantes"in yarımmüdafiəçisi Dario Sarmientonun transferi üçün danışıqları başa çatdırıb.

“İki sahil” “qol.az”-a istinadən  xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "Tvitter" hesabında yazıb. Bildirilib ki, 17 yaşlı futbolçu üçün İngiltərə təmsilçisi 9 milyon avro ödəyəcək. Müqavilənin  məbləği bonuslar nəzərə alınaraq 19 milyona qədər arta bilər.

Qeyd edək ki, D.Sarmiento bu mövsüm Argentina Superliqasında 5 matç keçirib.