14 iyul 2020 12:21
1283

"Mançester Yunayted"ə 90+6 şoku

İngiltərə Premyer Liqasında  35-ci həftənin oyunları keçirilib.

"İki sahil" xəbər verir ki,  son oyun günündə "Mançester Yunayted" evdə "Sauthempton"la qarşılaşıb. “Qırmızı şeytanlar” son dəqiqə buraxdığı qol ilə bərabərliyə razı olub.

"Mançester Yunayted" - "Sauthempton" - 2:2

Qollar: Stüart Armstronq, 12 (0:1), Markus Reşford, 20 (1:1), Antoni Marsial, 23 (2:1), Obafemi, 90+6 (2:2)

Qeyd edək ki, "Mançester Yunayted" 59 xalla turnir cədvəlində 5-cidir.  45 xalı olan "Sauthempton" 12-ci sırada qərarlaşıb.