19 fevral 2020 16:04
1382

Maradona oyun zamanı narkotika qəbul etdi? -  VİDEO

"Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona Argentina çempionatının 20-ci turunda "Rosario Sentral" ilə oyun zamanı şübhəli hərəkəti ilə diqqət çəkib.

Qol.az xəbər verir ki, oyun vaxtı köməkçilərindən biri ona naməlum maddə gətirib. Daha sonra Maradonanın digər köməkçiləri kamera qarşısına keçərək Maradonanın nə etdiyini gizlədiblər. 

Baş verənlərin bu cür gizlədilməsi Maradonanın narkotik maddə qəbul etməsi gümanını yaradır. Çünki əfsanəvi futbolçu narkotika aludəçisi olduğunu dəfələrlə etiraf edib.

Qeyd edək ki, sözügedən oyun Maradonanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.