29 may 2019 10:22
1569

Maraqlı faktlar toplusu

1331-ci ildə dünyasını dəyişən Mansa Musanın 400. 000. 000. 000 dollar dəyərində sərvəti olub.

Dünyanın qurtaracağı İngiltərənin Sussak adlı şəhəridir.

Evsiz bir adam türməyə düşmək üçün bankdan 1 dollar pul oğurlayır və sonra da polisə təslim olur. Beləliklə, onun yeməyə yeməyi və yatmağa yeri olur.

Kolibri quşlarının metabolizmləri o qədər sürətli çalışır ki, bir-iki saat müddətində ac qalmaq onları öldürə bilər.

Bumslanq adlı ilan (ağac ilanı) insanı sancarsa, həmin insanın ağız, burun və qulaq dəliklərindən bədəndə olan qanın hamısı boşalmağa başlayır.

Bəzi pişiklərin insana qarşı allergiyası vardır.

Amazon meşələri dünyada lazım olan oksigenin demək olar ki yarısından çoxunu təmin edir.

Əgər insanların gözləri qartalın gözü kimi yaxşı görə bilsəydi, o zaman insan 10 mərtəbəli bina yüksəkliyindən yerdə gəzən qarışqanı belə görə bilərdi.

Aparılan araşdırmalara görə, 8 saatlıq iş rejimində insanlar cəmi 2 saat 53 dəqiqə məhsuldar ola bilirlər.

Veronika Seyder adında bir qadının gözləri adi insanlardan fərqli olaraq 20 dəfə yaxşı görür. O, 1,6 kilometr uzaqlıqdan bir insanın üzünün bütün cizgilərini aydın görə bilir.

İnsan öldükdən sonra beyin 7 dəqiqə işləməyə davam edir. Bu zaman ərzində keçmişdə yaşadığı hər şey ölən insanın gözünün önündən gəlib keçir.

Alyaskada tərəvəzlər həddindən artıq böyük olur. Səbəbi isə gün ərzində tərəvəzlərin 20 saat günəş ala bilmələridir.

Rüşvət ala bilməsinlər deyə hakim və vəkillərin xidməti formalarının nə bağlana bilən düyməsi, nə də ki, cibi olur.

Çəyirtkənin qulaqları onun dizlərində olur.

Yapon alimləri insanların gördükləri yuxunu yaddaşda saxlaya bilən və oyandıqları zaman gördükləri yuxunu izləyə bilmələri üçün yeni texniki vasitə icad ediblər.

Əgər zaman dayansa insan heç bir şey görə bilməz. Çünki gözümüzə dəyən və lazım olan işıq zərrəcikləri də dayanmış olar.

Dünyanın ən zəhərli heyvanı Kolumbiya qurbağasıdır. Onun zəhəri eyni anda 150 insanı və 30.000 siçanı öldürə bilmək qabiliyyətinə malikdir.

Heç bilirdinizmi ki, insanın ağ ciyərlərini  kondisionerə yerləşdirmək mümkün olsaydı,  həmin mühitdəki havada heç bir bakteriya qalmazdı, həmçinin hava da tərtəmiz olardı.

Bir insan sevdiyi insanı görən zaman göz bəbəyi böyüyür.

Avtomobillə Aya getmək mümkün olsaydı, saatda 100 kilometr sürətlə 60 günə oraya çatmaq mümkün olardı.

Könül Əliyeva, “İki sahil”