23 sentyabr 2020 22:41
908

“Marşal Planı”ndan istifadə təklif edildi

Böyük Britaniyada Uels şahzadəsi Çarlz maraqlı təklif irəli sürüb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, o, “Marşal Planı”nın analoqunu yaratmağı təklif edib.

Şahzadə qeyd edib ki, koronavirus pandemiyası və digər beynəlxalq səhiyyə böhranları birbaşa qlobal bioloji sistemdəki pozuntuların nəticəsidir:

 “Dərhal tədbir görülməsə, planetimizdə mavi-yaşıl rəngin bərpası üçün imkanları əldən verəcəyik”.

Şahzadə Çarlzın sözlərinə görə, mümkün yeganə həll yolu təbiət, insanlar və planet üçün qlobal “Marşal Planı”nın qəbul edilməsidir.

“Marşal Planı” ABŞ-ın İkinci Dünya müharibəsidən sonra, 1948-ci ildə Qərbi Avropaya yardımı üçün qəbul edilmiş plandır.