16 iyun 2019 10:49
1033

Masallı ərazisində zəlzələ qeydə alınıb

İyunun 16-da yerli vaxtla saat 09:23-də Lənkəran stansiyasından 22 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ 17 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,2 olan zəlzələ hiss edilməyib.