06 dekabr 2019 12:14
818

Masallıda əlilliyi olan qadınlar üçün biznes bacarıqları üzrə təlim

Masallı rayonunda əlilliyi olan qadınlar üçün “Sahibkarlıq və biznes bacarıqlarının inkişafı” mövzusunda təlimə başlanıb.

Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun müştərək layihəsi olan ‘Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi’ layihəsi çərçivəsində təşkil edilib.  

22 nəfər əlilliyi olan qadının  cəlb edildiyi təlimin ilk günündə biznes ideya ve ideyanın təhlili, sahibkarlıq fəaliyyəti haqda ümumi anlayış, biznes plan və marketinq, marketinq araşdırması, məhsul, qiymət, məkan, təbliğat və s. barədə ətraflı məlumatlar verilib.