Dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi Seçki Məcəlləsinə uyğun olaraq işini uğurla davam etdirir. Rayonda seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Masallı rayon təşkilatında 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Qərargah üzvləri səhər saatlarından başlayaraq namizədlərin təbliğat-təşviqat materiallarını əvvəlcədəm təyin olunmuş lövhələrə yerləşdiriblər.
Qeyd edək ki, Masallı rayonunu əhatə edən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 75 saylı Lənkəran-Masallı Seçki Dairə Komissiyaları üzrə 368 nəfərin namizədliyi irəli sürülüb. Namizədliyi elan olunmuş şəxslər YAP-ın və ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirən, xalq arasında inam və etibar qazanan, ali savadlı, intellektual səviyyəsi yüksək olan insanlardır.
Taleh Bağırov, “İki sahil”
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb