17 oktyabr 2019 12:10
1319

“Maşın şou”nun finalçıları arasında BÖYÜK QALMAQAL: Suna özündən çıxdı və... - VİDEO

“Maşın şou”nun "Maskarad" adlı 18-ci sürətinin finalçıları arasında maşın uğrunda mübarizə davam edib.

Publika.az xəbər verir ki, final gecəsində Ramal İsrafilovla Lalə Mustafayeva Zeynəb Xanlarovanın "Yaşa Azərbaycan" mahnısını səsləndirərək bir-birinə dəstək olduğunu nümayiş etdirib. Bu zaman Suna Kasımoğlu onlara müraciət edərək "Bir olub əlinizi ikiniz də birdən çəkin" deyib.

Ramal İsrafilov bildirib ki, Suna Kasımoğlu əlini çəkərsə, o da əlini çəkəcək. Çünki maşının Lalə Mustafayevaya qalmasını istəyib.

Bununla razılaşmayan Suna Kasımoğlu ilə Lalə Mustafayeva arasında qalmaqal yaşanıb.