14 mart 2019 15:27
1214

Maykl Esyen Bakı klubunda - İnanılmaz TRANSFER

"Səbail” məşhur futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. 36 yaşlı oyunçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniyanın “Real" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.