14 iyul 2020 18:22
1669

Mayor Namiq Əhmədov Qazaxda dəfn edildi

Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.

Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib. Rayon ictimaiyyəti və Müdafiə Nazirliyi rəsmilərinin iştirak etdiyi vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.