18 fevral 2020 20:47
37175

Mədə soyuqlaması zamanı nələrə diqqət edilməlidir?

Mədə soyuqlaması zaman-zaman hər kəsin başına gələ biləcək bir problemdir. Bu xəstəlik tibbdə “Qastroentrit” adlanır. Mədə soyuqlaması yalnız mədəyə deyil, bağırsaqlara da təsir edir. Beləliklə, mədə soyuqlaması zamanı nələrə diqqət edilməlidir?

Mədə soyuqluğu, ağrı, ürək bulanması, qusma  kimi simptomlarla özünü birüzə verir. Bu problemlər uzun müddət davam edərsə, həkimə müraciət etmək mütləqdir. Ancaq evdə tətbiq ediləcək bəzi üsullarla mədə soyuqlamasının qarşısını ala bilərsiniz

Mədə soyuqluğu mədə ağrısı və ürək bulanması ilə özünü bildirir. Bu zaman iştahsızlıq,kefsizlik və halsızlıq nadir hallarda isə yüksək hərarət müşahidə olunur. Evdə bəzi bitki çayları hazırlayaraq mədə və bağırsaqlarınızın tez sağalmasına kömək edə bilərsiniz. Xüsusilə zəncəfil  limon, nanə, cökə otu kimi çayların içilməsi tövsiyə olunur.

Bundan əlavə qatıq və qara zirə istifadə etmək faydalıdır. Həmçinin bitki çaylarına və ya qatığa bal qarışdırmaq da mədəni rahatlaşdırır. Bir çay qaşığı qurudulmuş türk qəhvəsini yarım limonun suyu ilə qarışdırıb səhər və axşam içə bilərsiniz.

Bu simptomlar hiss edildikdə xəstəyə ağır qidalar əvəzinə bol sulu, yüngül qidalar vermək və istirahət etməsi tövsiyə olunur

Əsasəm xəstəlik zamanı təbii üsullar kömək etmədikdə mütləq həkimə müraciət edilməlidir. Çünki bakteriyaların yaratdığı bəzi xəstəliklər mədə soyuqluğu ilə qarışdırıla bilər.

Samirə İsmayılova, “İki sahil”