Hər bir insan həyatında bir dəfə də olsa, mədə yanğısından əziyyət çəkir. Bəzən biz bu problemlə mübarizə apara bilməyəcəyimizi belə düşünürük.
Mədə yanğısı bir neçə saatdan artıq davam etməz? amma təkrar baş verdikcə , siz bu problemdən qurtula bilməyəcəyinizi düşünəcəksiniz. Əgər siz təbii qidalarla mədə yanğısından qurtulmaq istəyirsinizsə, düzgün qidalarla qidalanmağa başlamalısınız.
Banan
Banan planetdə ən məşhur meyvələrdən biridir . Tərkibində turşuluq az olduğundan mədə yanğısı ilə mübarizədə effektli qida hesab olunur.
Gündəlik qidanızda banandan istifadə etsəniz bu problemin özünüzdə yaranma riskini də azaldacaqsınız. O, mədə yanğısını azaltmaqla bərabər onu orqanizmdən tamamilə uzaqlaşdıra da bilər.
Mədə yanğısı yaranan zaman bananın daha tez təsir etməyini istəyirsinizsə , bananı əzib qarışdırın və tərkibində kalorisi az olan peçenyəyə və ya tost çörəyinə yayaraq yeyin.
Süd
Mədə yanğısı zamanı insanın köməyinə çatan ilk vasitə süd hesab olunur. Bu müalicə üsuluna daha çox yaşlı insanlar üstünlük verirlər.
Süd qələvi olduğundan mədə və nəfəs borusunda yaranan yanğıya rahatlıqla kömək edə bilir.
Lakin siz sadəcə süd içmək məcburiyyətində deyilsiniz. Belə ki , siz badamı südlə, kakosla , düyü ilə qarışdırıb içə bilərsiniz.
Yaşıl tərəvəzlər
Mədə yanmasını azaltmaq üçün tərkibində turşusu az olan qidaları yeməlisiniz.
Mədə yanmasının səbəbi turşulu qidalardı. Məsələn, sitrus meyvələrindən , meyvə şirələrindən və şəkərli qidalardan sonra mədə yanğıları baş verə bilər.
Brokoli? kök və qulançarlar təkcə pəhriz saxlayanlar üçün deyil, eyni zamanda, mədədəki yanğını azaltmaq üçün də istifadə olunur. Yaşıl tərəvəzlərin tərkibində zəngin qələvi xassələrindən faydalana bilərsiniz. Bunlar mədədəki turşuları tarazlaşdırmağa kömək edə bilər.
Yulaf
Yulafı siz müxtəlif cür istifadə edə bilərsiniz. Yulafı qatıq və meyvənin üzərinə əlavə edib və ya südün üstünə əlavə edib dadlı bir sıyıq da hazırlaya bilərsiniz.
Şəkərlə qarışdırılmış yulafdan isə uzaq durun . Çünki mədə yanğısını azaltmaq əvəzinə daha da artıracaq.
Aloe Vera Bitkisi
Aloe vera bitkilərindən adətən kremlərdə və ya gellərdə istifadə olunur. Amma aloe mədə yanğısına kömək edən bitkilər siyahısındadır. Müalicə zamanı kiçik miqdarda aloe şirəsi qəbul edə və ya alkoqolsuz içkiyə əlavə edərək içə bilərsiniz.
Soda
Bu siyahıda təklif olunan ləzzətli seçim olmasa da , ən tez bir zamanda köməyinizə çatacaq vasitədir.
Əgər bu üsuldan istifadə etmək istəyirsinizsə, o zaman az miqdarda istifadə edin və sodanın orqanizminizə olan təsirini görün.
Zəncəfil Çayı
Əgər bitki çayı sevirsinizsə, bir fincan zəncəfilli çay için. 1 fincan zəncəfilli çayla mədə yanğısından tez bir zamanda qurtula biləcəksiniz. Maqazindən zəncəfil alın və ev üsullu yaşıl çay düzəldərək için, mədə yanğısından da azad olun.
Bu zaman stəkanın üzərinə azacıq miqdarda zəncəfil xırdalayın və üzərinə qaynar su əlavə edin.
thefactsite.com saytının materialları əsasında hazırladı:
Leyla Şıxəli
Fidan Əlizadə