28 yanvar 2021 12:13
939

Mədəsində saç topası aşkar olunub: Qarpız böyüklüyündə

Qarpız böyüklüyündə saç topası mədəsindən çıxarıldıqdan sonra gənc bir qız yenidən düzgün qidalanmağa başlayıb.

”İki sahil” xəbər verir ki, Aakansha Kumari adlı bir gənc illərdir valideynlərindən xəbərsiz saçlarını yeyib. Yemək yeyə bilmədiyi üçün həddən çox arıqlamağa başlayan gənc qızın mədəsinin 80 faiznin saçla dolu olduğu üzə çıxıb. Rapunzel sindromu diaqnozu qoyulan gənc qızın əməliyyatdan  sonra mədəsindəki bütün saç topası çıxardılıb.

Vüsal Cahanov, "İki sahil"