09 noyabr 2019 10:05
142

Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, paylaşımda qeyd edilir:

"9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!"