22 avqust 2019 11:40
1951

Məleykə Abbaszadə Qusarda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qusarda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul avqustun 30-da saat 10:00-da Qusar şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: M.Vəliyev küçəsi, Qusar-Aşağı Ləyər yolunun başlanğıcı) keçiriləcək. Qəbulda Quba, Qusar, Xaçmaz rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Xaçmaz regional bölməsinə (əlaqə tel.: 023 32 5 01 21) müraciət etmələri xahiş olunur.

Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qusar Rayon Təhsil Şöbəsinə də müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.