07 fevral 2019 11:03
1457

“Mənim adım Autizmdir”

BMT-in Gürcüstan Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycanda “Gənclərin inklüziv iştirakçılığı” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində “Mənim adım Autizmdir” adlı seminar keçiriləcəkdir.

Seminarın əsas təlimçiləri  qismində “Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli və “Nəfəs Psixoloji Mərkəzinin” baş mütəxəssisi Xalidə Həsənova çıxış edəcəklər.

Fevralın 7 və 8-də baş tutacaq seminar Azərbaycan dilində keçiriləcək. Təlimdə iştirak  etmək ödənişsizdir. Seminar  saat 14:00-dan 17:00-dək “Baku IdeaLab”da (Cəfər Cabbarlı 44, “Caspian Plaza”) baş tutacaq.

 İki gün davam edəcək seminarda iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə aşağıdakılar haqqında ətraflı məlumat əldə edəcəklər:

- Autizm nədir?

- Autizmin əlamətləri və səbəbləri

- Autizm spektrum pozğunluğuna sosial, tibbi və hüquqi yanaşmalar

- Azərbaycanda fəaliyyət göstərən Autizm reabilitasiya mərkəzlərinin effektivlik dərəcəsi

- Autizm sindromlu uşaqların valideynləri hansı problemlərlə üzləşirlər?

Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünəqapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır. Belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Autizmli uşaq hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır və uşaqla işləyən zaman onlara diqqət etmək lazımdır.

Yaqut Ağaşahqızı, “İki sahil”