Məqsədlərimizə necə çata bilərik?

13 sentyabr 2019 19:02
1411

Bizim hamımızın həyatımızda müəyyən istəklərimiz var, problem isə bu istəklərə çatmaqdır. Məqsədə çatmaq həmişə asan deyil, bəs burada hansı hiylələr var? Bununla bağlı bir neçə fikirlər olsa da, bu suala cavab tapmaq heç də asan deyil:

Özünə inam

Özünə inam hər şeyə başlamaq üçün bir açardır. Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir.

Məqsədə çatmağın yolunu fikirləşmək

Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç nəyi unutmamağa kömək edir.

Yatmazdan əvvəl addımlarınızı planlaşdırın

Bəli, yatmazdan əvvəl hər bir addımı düşünmək sizə təkcə məqsədə çatmaq üçün kömək etməyəcək, eyni zamanda, öz arzularınız haqqında düşünməyə də vadar edəcək. Mən çox vaxt öz məqsədlərim və gündəlik həyatım haqqında fikirləşirəm, bu mənə nə edəcəyim haqqında təcrübə verir. Yatanda sizin beyninizin həqiqət və fantaziya arasındakı fərqi hiss etmədiyini bilirsinizmi?

Çalış, mübarizə apar və pozitiv ol

Sizin məqsədləriniz çalışmadan, işləmədən gerçəkləşməyəcək. Öz məqsədinizə çatmazdan əvvəl çoxlu maneələrə qalib gəlməli olacaqsınız. Sizin əlehinizə olan insanlar həmişə olacaqdır. Siz bütün maneələri aşmalısınız. Heç vaxt cəsarətsizlik eləməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta uduzduqda belə cəsarətsizlik etməyin. Heç kəs itirmədən nəyəsə nail ola bilməz. Pozitiv olmağa çalışın.

Əlaqələrinizdən istifadə edin və insanlarla danışın

Məqsədləriniz haqqında insanlarla danışmaqdan və onlara necə nail olmağı planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Başqa insanların da baxışı çox əhəmiyyətlidir və bir neçə məsələyə kömək edə bilər. Kömək almaq təkcə ağıllı və cəld olmaq deyil, eyni zamanda, ailənə və dostlarına sizin öyrənmək və məqsədə nail olmaq istədiyinizi göstərir.

Röya Rasimqızı,

“İki sahil”