10 iyul 2019 19:40
142

Mərahim Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Mərahim Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilib.