13 avqust 2020 23:23
1450

Mərkəzdə bütün şərait yaradılıb - FOTO

Ölkədə insan amilinə xidmət edən layihələrin  sayı günbəgün artır.  Lənkəran şəhərindəki əlilliyi olan  şəxslər üçün    Regional  Bərpa Mərkəzinin yüksək səviyyədə  təmir və yenidənqurmadan  sonra  istifadəyə verilməsi  bunun bariz nümunəsidir. Bu müəssisədə Lənkəran daxil olmaqla Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və  Biləsuvar  rayonları üzrə   il ərzində  350  əlilliyi olan  şəxsə  təcrübəli mütəxəssislər tərəfindən tibbi-sosial reabilitasiya   xidməti göstəriləcək.

Mərkəzin  maddi-texniki  bazası  zəngindir.  Limfodrenaj, ozonaterapiya,  maqnitoterapiya, hidroterapiya, eləcə də digər   lazımi  tibbi-reabilitasiya  aparatları və  avadanlıqlarla   təchiz  edilib. İşıqlı, geniş  otaqlarda qurulmuş, dövlət vəsaiti hesabına alınmış avadanlıqların hamısı yeni və müasirdir. Göstərilən bu yüksək səviyyəli qayğıya görə  mərkəzə gələn əlilliyi olan  şəxslər dövlətə,  şəxsən onun  rəhbərinə  minnətdarlığını bildirirlər.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü