04 aprel 2020 10:33
1436

Mərkəzi Bank 200 milyon manat cəlb edir

Aprelin 6-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən AZƏRTAC-a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.