27 may 2019 21:11
2126

Məşhur “51-ci zona”nın yanındakı göydələnin SİRRİ - VİDEO

Bir neçə il əvvəl ufoloq və virtual arxeoloqlar “Zona 51” hərbi bazasının peykdən çəkilmiş fotolarını incələyəndə maraqlı kəşfə imza atıblar.

“Ölkə.Az” xəbər verir ki, Nevada ştatının cənubunda yerləşən bazadakı bu kəşf bu günə qədər də tədqiqatçıların diqqət mərkəzindədir. Bir çox konspiroloqun fikrinə əsasən, “Zona51”də amerikalı hərbçilər UNO qəzası zamanı əldə edilən yadplanetli texnologiya və orqanizmlər üzərində gizli təcrübələr aparırlar.

Kəşf edilən bina isə üçbucaqlı dam örtüyünə malik, futurustik görünüşlü hündürmərtəbəli göydələndir. Ehtimal edilir ki, onun hündürlüyü ən azı 100 metrdir.

Adi insanlara hərbi bazaya giriş qadağan olduğu üçün bu bina hələ də sirr olaraq qalır. Bəzi tədqiqatçıların fikrinə əsasən, bu bina yadplanetlilərlə rabitə üçün nəzərdə tutulmuş radio lakasiya stansiyasıdır. Bəzilərinin fikrinə əsasən, teleportasiya üçün nəzərdə tutulub. Digərləri isə, sirli hava gəmilərinə nəzarət üçün inşa edilib. Hətta bunun holoqram olduğunu deyənlər də var.

“Zona 51”in nümayəndələri isə məsələ ilə bağlı heç bir açıqlama vermirlər.