26 noyabr 2020 09:37
910

Məşhur ifaçı koronavirusun onun həyatını necə məhv etdiyindən danışdı

Amerikalı pop ifaçı Mayli Sayrus koronavirus pandemiyası fonunda alkoqol problemi yaşamağa başlayıb.

"İki sahil" xəbər verir ki, bu barədə ulduz müğənninin özü rəsmi “YouTube” kanalında xəbər verib.

“Bir çox insan kimi pandemiya zamanı boşluğa düşdüm. Ayıq olduğum barədə heç vaxt yalan danışmaram. Mən büdrədim və indi ayıq həyat tərzinə qayıdıram. İki həftədir içki içmirəm”, - deyə ifaçı etiraf edib.

28 yaşlı Sayrus həyatındakı problemlərin alkoqol səbəbiylə deyil, daha çox sərxoş halda verdiyi qərarlar üzündən yarandığını deyib.

İfaçı həmçinin etiraf edib ki, bir çox məşhur sənətçinin ​​təqribən 27 yaşında ölməsi onu səhhəti barədə düşünməyə məcbur edib.