07 aprel 2020 10:41
1313

Məşhur müğənni komaya düşdü

Rusiyanın məşhur müğənnisi Nadejda Babkina komaya düşüb. Sənətçi süni nəfəs aparatına qoşulub.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı müğənni koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdiriilib. Onun vəziyyəti aprelin 1-dən pisləşib.

İlkin məlumata görə, müğənniyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Onun koronavirus testinin nəticələri mənfi çıxıb.

Həkimlər müğənninin vəziyyətini ağır qiymətləndirirlər.