27 noyabr 2020 21:00
538

Məşhurların diqqət çəkən hobbiləri

Hər insanın öz maraq dairəsi, daha dəqiq desək, hobbisi var. Bu yazıda tanınmış və zəngin insanların maraqlı hobbilərindən bəhs olunur.

 Morqan Frimen

İnsanların sevimli aktyoruna çevrilmiş Morqan Frimen əsl dəniz “fanatı” olduğunu uzun müddət ictimaiyyətdən gizlədirdi. Aktyor dənizə olan sevgisini Vermont ştatının dənizə çıxışı olmayan Stou şəhərciyində 6 metrlik gəzinti qayığında üzərkən kəşf edib. “Mən o an sadəcə heyran olmadım, dəniz gəzintisi mənim əsl sevgimə çevrildi”, – deyə aktyor öz xatirələrində yazır.
Bu andan etibarən aktyor “Shannon 43” adlı yaxtasında açıq dənizdə uzun səyahətə çıxır. Deyilənə görə, aktyor ən çox Karib adaları tərəfdə üzməyə üstünlük verirmiş.

Corc Buş

ABŞ-ın keçmiş prezidenti,  Corc Buşun əsas hobbilərindən biri qolf oynamaq olub. Bu idman növünə həddindən artıq aludə olan ata Buş hətta bir dəfə yorğunluğunun fərqinə varmayaraq isti havada qolf oynayanda huşunu itirərək özündən gedib.

Corc Buşun oğlu

ABŞ-ın digər sabiq prezidenti Corc Buş da atası kimi qolf oynamağı çox xoşlayır. O, spirtli içkilərə olan düşkünlüyünə son qoyandan sonra idmanla məşğul olur. Buş hər gün günortadan sonra, 16:30-da gündəlik işlərinə ara verərək 1 saatlıq gəzintiyə çıxır. Qolf oynamaqdan başqa velosiped sürmək də Buşun əsas hobbilərindəndir. 

Mayk Tayson

Ağır çəki dərəcəsində dünya çempionatlarında qalib olan məşhur bokser Mayk Taysonu bütün dünya tanıyır. Bu “ dağ” boyda adamın qeyri-adi hobbisi insanların marağına səbəb olub. Sən demə, idmançı göyərçinləri çox sevir və onun bu zərif quşlardan ibarət olan böyük bir kolleksiyası var. Taysonun dediyinə görə, göyərçinləri yetişdirməkdən həzz alır və artıq 40 ilə yaxındır bu işlə məşğuldur. Deyilənlərə görə, məşhur idmançı göyərçinlərin döyüşlərini də təşkil edir və bu döyüşlər insanların hədsiz dərəcədə çox marağına səbəb olub.

Angela Merkel

Almaniyanın kansleri Angela Merkelin müxtəlif  hobbiləri çoxdur. Deyilənlərə görə, aktiv qadın gəzməyi, operaya tamaşa etməyi, yemək bişirməyi və kitab oxumağı çox sevir. Onun tez-tez təbiət gəzintisinə çıxdığı bildirilir. Gəzinti həvəskarı Merkel hətta bir neçə il öncə İtaliyada Monte Rite dağına da çıxmışdı.

 Johnny Depp

Qeyri-adi üslubu ilə seçilən məşhur aktyor Jonny Depp tək oynadığı rollar ilə seçilmir. O, şəxsi həyatında da  çox fərqli biridir. Məşhurun hobbilərini nəzərə alsaq, buna əmin olarıq. Jonny Deppin çox maraqlı hobbisindən biri də odur ki, o barbi kuklalarını çox sevir, onun hətta bu kuklalardan ibarət böyük bir kolleksiyası var. Deyilənlərə görə, aktyor boş vaxtlarında kuklaları ilə oynayır və bunu etiraf etməkdən çəkinmir.

Qorqon Braun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Qordon Braun keçmiş tennis çempionudur. O, səhər tezdən idman zalına gedən həvəskarlardan biridir. Gəncliyində tennis üzrə çempion olmuş Braun reqbi yarışlarının birində gözündən zədə almışdır. Buna görə də həkimlər və doğmaları baş nazirə yaxın təmaslı oyunlardan uzaq olmağı məsləhət görmüşdülər. Əvvəllər tennis və futbol oynayan Braun indi də üzgüçülüklə məşğul olur. 

Con Lennon
Əfsanəvi ingilis kvarteti “Bitlz”qrupunun məşhur solisti Con Lennon dənizi hədsiz dərəcədə çox sevirdi. Her şey belə başlayır.O,1975-ci ildə yaradıcılıq böhranı keçirir və müəyyən müddət ərzində mahnı bəstələyə bilmir. 1980-ci ildə “Megan Jaye” adlı yaxtanı icarəyə götürərək Bermud adalarına səyahətə gedir. Səyahət zamanı fırtına baş verir və yaxtanın gücdən düşmüş kapitanını Lennon özü əvəz edir. Bu hadisə onun həyatında yeni səhifə açır. Səyahətdən qayıdan musiqiçi müsahibəsində deyir: “Ətrafda yalnız səma və dənizin olması hissi qeyri-adi bir atmosferdir. Özünü tənha hiss etdiyin məqamda həqiqi azadlığın nə olduğunu başa düşürsən”.  Bermud adaları ətrafında keçirdiyi 7 həftəlik səyahətdən sonra musiqiçidə yeni nəfəs açılır. Deyilənlərə görə, yeni hobbisi onun həyatını tamamilə dəyişir və o bir-birinin ardınca hit mahnılar bəstələyir.

Vladimir Putin

 Rusyanın prezididenti Vladimir Putin cüdo üzrə qara kəmər sahibidir. O, boyunun uzanması üçün uşaq vaxtlarından cüdo ilə məşğul olmağa başlayıb.Cüdosuz həyatını təsəvvür etməyən gənc artıq 18 yaşına çatanda qara kəmər alıb. Putinin digər hobbisi üzgüçülük və gimnastika ilə məşğul olmaqdır.

 Richard Branson

Richard Branson müxtəlif cür bol adrenalin dolu oyunları çox sevir. Lakin onun ən çox sevdiyi bir hobbisi var, bu da şahmatdır. Məşhur milyarderin sözlərinə görə, şahmat bu dünyadakı ən gözəl oyun ola bilər. Bu oyun çox fərqli taktika, planlaşdırma, cəsarət və risk almağı tələb edir, sanki milyard dollarlıq bir şirkəti idarə edərkən etməyiniz lazım olduğu kimi.

Claudia Schiffer

Məşhur model və gözəl qadın olan Claudia Schiffer  qəribə və eyni zamanda maraqlı hobbisi olan məşhurların sırasındadır.Bu qlamur xanımın böcəklərdən ibarət kolleksiyası var və o, boş vaxtını sevdiyi böcəkləri ilə keçirməyi çox sevir. Gözəl xanımın sözlərinə görə, bu balaca məxluqlar uşaqlıqdan onun diqqətini çox  çəkirdilər və sevdiyi böcəklərinin şəkillərini divardan asırdı.

Uqo Çaves

 Venesuelanın sabiq prezidenti Uqo Çavez da idmanın bir çox növlərini sevirdi. Lakin onun əsas hobbisi beysbol idi. O, əsasən gecələr beysbol oynamağı xoşlayırdı. Sağlamlığına diqqət edən Uqo Çaves uzun bir iş günündən sonra Prezident Sarayının arxasında nazirlər və təhlükəsizlik orqanının işçiləri ilə birlikdə beysbol oynayır.

 Taylor Svift

Hələ 24 yaşı olan gənc müğənni Taylor Sviftin də qeyri-adi hobbisi var. Uşaqlıqdan qeyri-adi oyuncaqları sevən gənc xanımın marağına səbəb qar kürələri oldu.  Qar kürələrini toplayan Taylorun böyük bir kolleksiyası var. Gənc yaşlarından gələcəyini düşünən xanımın sözlərinə görə, təqaüdə çıxdıqdan sonra o bu sahədə çalışmaq istəyir və mağaza açaraq orada maraqlı və nadir aksessuarlar satmaq arzusundadır.

 Bill Gates

Bütün dünyada Microsoftun qurucusu kimi tanınan  Bill Gatesin texnologiya ilə əlaqəli olmayan maraqlı bir hobbisi var. Milyonçu tarixi və nadir kitablarla çox maraqlanır.Hətta nadir tapılan kitabları toplamaqdan zövq alan Bill  bu yaxınlarda  Leonardo da Vincinin əsəri olan “Codex Leicester’i”ni auksionda 30 millyon dollara əldə etmişdir.Bill Gatesin digər hobbisi isə kart oyunlarıdır.  Oyun oynamağı yaxın dostu Warren Buffetden öyrənmişdi.

Şinzo Abe

 Yaponiyanın baş naziri Şinzo Abenin əsas hobbilərindən biri ox atmadır. O, tələbəlik illərindən bəri yaxşı ox atmağı bacarırdı. Baş nazir hazırda da Yaponiya Oxçuluq Federasiyasının nümayəndəsi kimi tanınır.

Samirə Tağıyeva,

“İki sahil”