12 noyabr 2019 12:25
888

Məşq zamanı aldığı zədədən öldü

ABŞ-ın Konnektikut ştatında gimnast qız məşq zamanı aldığı zədədən ölüb. 

Bununla bağlı "FoxNews" qızın oxuduğu universitetə istinadla məlumat yayıb. 

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 8-də 20 yaşlı Melaniya Koulman məşq zamanı onurğasını sındırıb və iki gün sonra vəfat edib.

Koulmanın sabiq məşqçisi Tomas Alberti deyib ki, qız gimnastika üçün quraşdırılan dirəkdən yıxıldıqdan sonra zədələnib.