04 dekabr 2020 13:49
593

Messi gələn il PSJ-də olacaq

Fransanın "RMC Sport" telekanalı "Barselona"nın kapitanı Lionel Messinin karyerasını PSJ-də davam etdirəcəyini iddia edib.

“İki sahil” qol.az-a istinadən  xəbər verir ki, bu barədə telekanalın jurnalisti Daniel Riolo bildirib:  "Messi gələn il PSJ-də olacaq. Mən zarafat etmirəm, kifayət qədər ciddiyəm".

Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun klubu ilə müqaviləsini yeniləməyəcəyi bildirilir.