29 yanvar 2019 20:57
2712

Mətanət Əsədova: Bir gün səhnədə ürəyim partlayacaq

Müğənni Mətanət Əsədova yenidən müzakirələrə səbəb olacaq açıqlama verib. Bir müddət əvvəl müğənni ərə gedəcəyi barədə xəbər vermişdi.

Oxu.Az-ın məlumatına görə, “Şou ATV” proqramında qonaq olan Mətanət Əsədova şəxsi həyatı ilə bağlı ziddiyyətli fikirlər səsləndirib.

M.Əsədova doğru açıqlama vermədiyini, hazırda sevgilisinin olmadığını söyləyib:

“Düzünü deyirəm, sevgilim yoxdur. Qarşıma çıxan mənim xarakterimdə biri olmalıdır. Həyatımda heç kim yoxdur, bir daha da olmayacaq. Mən bir dəfə sevildim, o da getdi. İndi həmin şəxs evlidir. Allah onu xoşbəxt etsin. Onun yanında özümü xanım kimi hiss edirdim. İndi içimdə müharibə aparıram.

Onsuz da yarımçıq bir insanam. Bilirsiniz nə vaxt xoşəbəxt oluram? Gözəl geyimdə, özümə hədiyyə alanda və mahnı oxuyanda çöhrəm gülür. Amma çox bədbəxt insanam, illərdir tək yaşayıram. Özümü yaşamadım, ailəmin həyatını yaşadım. Onlarla bağlı verilən suallar məni narahat edir. Bir gün səhnədə ürəyim partlayıb öləcəm”.