22 aprel 2019 18:11
1029

Mətanət: Kaş bütün evlərə mənim kimi gəlin qismət olardı

"Sənət insanlarının çoxu deyir ki, mən qətiyyən sənətçi gəlin istəmərəm"

Bunu Aytəkin Mərdanova aparıcısı olduğu proqramda deyib.

Verilişin qonağı olan əməkdar artist Mətanət İsgəndərlinin reaksiyası gözləniləndən də sərt olub:

"Mən istəyirəm. Sən nə danışırsan?! Kaş bütün evlərə mənim kimi gəlin qismət olardı. Mən istəyərəm. O insanın özündən asılıdır. Zatı qırıq olmasın. Onun nə fərqi var ki?! İstər həkim olsun, istər müəllim olsun, istər müğənni olsun. İnsan elə hər yerdə insan balasıdır". 

Qeyd edək ki, adı ən çox "Oğluma müğənni qız almaram" deyən məşhurlar arasında hallananlardan Xatun Əliyeva, Nadir Qafarzadə, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayevanın adını çəkmək olar. 

Milli.Az