17 yanvar 2020 17:34
1053

Mətbuat qrupunun tərkibində dəyişiklik edilib

MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib. 

MSK-nın bu gün keçirilən iclasında Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

İclasda MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib.

“Azad Azərbaycan” televiziyası, “Real” Təhlil İnformasiya Mərkəzi (“Real” TV), “Report” İnformasiya Agentliyi, “Gündəlik Teleqraf” və Mətbuat Şurasının nümayəndələri MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibinə daxil edilib.

Təklif səsə qoyularaq qəbul edilib. //Secki-2020.az