30 iyun 2020 11:22
204

Mikayıl Cabbarov: Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq

Azərbaycanda sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq.

 

"İki sahil" xəbər verir ki, bu fikri mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu, onlayn formatda təqdim olun ilk məhsul deyil: "Bu yaxınlarda "edvgerial.az" platforması təqdim olunub. Gələcəkdə də müxtəlif onlayn platformalar təqdim olunacaq."

Nazir əlavə edib ki, növbəti aylarda "E-edf.gov.az" adlanan platforma vasitəsilə sahibkarlar kredit almaq üçün bir banka deyil iki banka müraciət edə biləcəklər.