01 oktyabr 2020 15:44
615

"Milan" 19 yaşlı hücumçu ilə müqavilə bağladı

İtaliyanın "Milan" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" norveçli hücumçu Yens Petter Hauqeni transfer edib.

19 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yens Petter Hauqe son olaraq ölkəsinin "Budye Qlimt" komandasında çıxış edib. Bu komandanın heyətində 117 oyun keçirmiş gənc futbolçu 35 qol vurub. O, həmçinin Norveçin aşağı yaş qrupları üzrə yığmalarına da cəlb olunub.