22 sentyabr 2019 10:53
187

Milan derbisində "İnter" qələbə qazanıb

Sentyabrın 21-də İtaliya A Seriyasında 4-cü turun növbəti oyunları keçirilib.

Turun mərkəzi qarşılaşması "San Siro" stadionunda keçirilib. "Derby della Madonina" adlanan derbidə "Milan" klubu "İnter" komandasını qəbul edib.

Görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Birinci hissədə qapılara qol vurulmasa da, fasilədən sonra “neradzura” ardıcıl iki dəfə fərqlənərək meydandan qalib ayrılıb. Marselo Brozoviç və Romelu Lukaku adların tabloya yazdırıblar.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "İnter" turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Milan” isə 6 xalla 7-ci yerdədir.

Hər iki klubun əzəli rəqibi "Yuventus" isə doğma meydanda "Hellas Verona" klubunu qəbul edib. Görüş turinlilərin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. "Qoca sinyora"nın heyətində 31-ci dəqiqədə Aron Remzi və 49-cu dəqiqədə isə Kriştiano Ronaldo, qonaq komandadan isə 20-ci dəqiqədə Miquel Veloso fərqləniblər.

Günün digər oyunlarında “Kalyari” öz meydanında “Genoa”nı (3:1), “Breşia” isə səfərdə “Udineze” klubunu məğlub edib (0:1).

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-də oynanılacaq.