Ölkəmizə qarşı irəli sürülən haqsız iradlar Avropanın bir şərq ölkəsinə qarşı qısqanclığından başqa bir şey deyil.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, 29 may tarixində Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə bağlı qərb ölkələri bir sıra əsassız qarayaxmalarla çıxış edirlər: "Azərbaycan son illər dünya səviyyəli beynəlxalq yarışlara, festivallara, müsiqi müsahibələrinə ev sahibliyi edib. Odur ki, UEFA Avropa Liqasının final mərhələsinin Azərbaycanda keçirilməsi olduqca məqsədə uyğundur. Ölkəmizdəki qiymətlər Avropadan qat-qat aşağı və əlverişlidir. Buraya otellərdəki qiymətlər, qida, nəqliyyat xərcləri və s. aiddir. Bundan əlavə Bakıdakı təhlükəsizlik sistemi də digər nəhəng paytaxlarla müqaisədə daha ürəkaçandır. Finala qatılacaq minlərlə turist ölkəmizin idmana olan yüksək səviyyəli münasibətindən savayı, qədim mədəniyyətimizlə də yaxından tanış olmaq imkanı əldə edəcəklər".
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir