03 dekabr 2020 14:31
498

Millətlər Liqasında final mərhələsinin püşkü atılır

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinin püşkü atılacaq.

“İki sahil” xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Mərasimdə "dördlər finalı"na vəsiqə qazanmış A Liqasının qrup qalibləri - İtaliya, Belçika, Fransa və İspaniya seçmələri yarımfinaldakı rəqiblərini tanıyacaqlar. Final mərhələsinin oyunlarına İtaliya ev sahibliyi edəcək.

Püşkatma mərasimindən öncə UEFA İcraiyyə Komitəsinin iclası olacaq.

Qeyd edək ki, həlledici mərhələdə yarımfinal görüşləri 2021-ci il 6-7 oktyabrda oynanılacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda qarşılaşma keçiriləcək.