08 iyul 2020 16:48
1522

Milli Şuranı ifşa edən yeni görüntülər yayıldı - VİDEO

Sosial şəbəkələrdə "Milli Şura"nın qeybətxana şousu davam edir. Onlar bu dəfəki söhbətlərində bir-birlərinə etiraz ediblər.

Milli Şuranın videokonfransında Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi iddiasına Cəmil Həsənli və Vidadi Mirkamal etiraz edib.

Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb. Bir-birlərini tərifləməyə etiraz edən "Milli Şura" üzvləri guya bu yolla dəyər itirdiklərini deyiblər.

Qənimət Zahid Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP yə və Milli Şuraya dividendlər qazandırdığı, onların təbliğatına kömək etdiyini, onlara siyasi qazanc gətirdiyini də etiraf edib.