30 iyun 2020 11:23
1121

“Milli Şura”nın tarixi etirafı: Bizim işimiz höküməti şərləməkdir...

Ölkə başçısının uzaqgörən siyasəti sayəsində planetimizi təşvişə salan, dünya iqtisadiyyatını iflic edən koronavirus pandemiyasının respublikamızda yarada biləcəyi fəsadların qarşısı böyük ölçüdə alındı. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Təkcə ötən həftə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın regionlara səfəri zamanı bir neçə-neçə açılış tədbirləri oldu, səmimi görüşlər keçirildi. Dövlət başçısının bu günlərdə Gəncə, Mingəçevir və Samuxa səfərləri  bir daha sübut etdi ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ölkə iqtisadiyyatı dayanıqlığını təmin edir, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun davamlı olaraq yüksək artım tempinin təmin edilməsi, infrastrukturun əhəmiyyətli dərəcədə müasirləşdirilməsi, əhalinin  məşğulluğunun və sosial rifahının yüksəldilməsi istiqamətində ciddi addımlar atılır, genişmiqyaslı tədbirlər görülür. Təbii ki, bütün bunlar ölkə başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Məhz vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində konkret çağırışları vaxtında və operativ cavablandırmağa imkan verir. 

Bütün bunlarla bağlı bəzi faktlara diqqət edək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olarkən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Onlar burada “Şah Abbas” və “Uğurlu xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində də iştirak ediblər və Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Ölkə başçısı Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi, “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub, Mingəçevirdə “Azərbaycan” İstilik -Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirakı edərək oradan təcavüzkara birbaşa xəbərdarlıq  etməsi cəmiyyətimizin böyük dəstəyini qazandı.    

  Təbii ki, bütün bunları elə belə, təsadüfən sadalamadıq. Bunlar  bəzi bölgələrimizlə bağlı yalnız bir həftənin xronikasıdır. Bunları  isə xalqımız görür, ölkə rəhbərliyinin bu siyasətini bəyənir və birmənalı olaraq dəstəkləyir. Anti-Azərbaycan dairələrin beş-üç qəpiyi ilə hürən  Qənimət Zahid, Cəmil Həsənli, Əli Kərimli, Vidadi Mirkamal, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli kimi kar, kor və nankor Vətən xainlərinin görülən bu işlərə kölgə salmaq istəyi, ölkəmizə qarşı qara piar kampaniyasının rəngini bir az da tündləşdirmək cəhdləri əbəsdir. Çünki günəşi palçıqla suvamaq olmaz.

Bu xəyanətkar başıpozuq dəstənin ölkəmiz haqqındakı şər-böhtanları, düşmən dəyirmanına su tökmələri cəmiyyətimizi hiddətləndirir. Belə ki, bu günlərdə bu antimilli dəstənin bəzi üzvlərinin “Zoom” tətbiqi vasitəsilə baş tutmuş videbağlantısında Qənimət Zahidin açıq etirafı ictimaiyyətimizdə kəskin ikrah hissi doğurdu. Anti-Azərbaycan dairələrin maşası olan bu məxluqatların həmin videotoplantısında, necə deyərlər, antimilli “ordan-burdan” tamaşasında iştirakçılardan biri olan Rahim Hacılı Qənimət Zahidə Emin Əhmədbəyli ilə, təşkil edilən canlı yayımda, eləcə də digər “verilişlərdə” yalan danışdığını, faktları və rəqəmləri təhrif etdiyini bildirir, ona irad tutur. Antimilli düşərgənin ruporlarınadan olan, siyasi mühacir alverçisi Q.Zahid isə heç utanmadan, həyasızcasına, əxlaqsızcasına, riyakarcasına ona cavab verir ki, “olsun, bizim əsas işimiz höküməti şərləməkdir.”

Həmin qeybətxanada Vahid Məhərrəmli riyakarcasına deyir ki, koronavirus pandemiyası ilə bağlı olaraq hər vətəndaşa 190 manat yox, 500 manat ödənməlidir: “Biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq.”

Daha nə deyəsən?! Erməni lobbisinin və xaricdəki Azərbaycan əleyhdarlarının sifarişlərini yerinə yetirən Q.Zahid ona tutulan bu iraddan özünü itirərək isteriyaya qapılır, özü də bilmədən “quş buraxır”, nəhayət ki, həqiqəti etiraf edir, özü də dili dolaşa-dolaşa. Axı dil təkcə insiyyət vasitəsi deyil, həm də ruhun, qəlbin təzahürüdür. Çirkin, xəyanətkar əməlləri səbəbindən qəlbi pas tutan, o pasın zülməti isə qəlbindən qəlibinə, bütün varlığına hopan bir xəyanətkardan bundan artıq nəsə gözləmək quru səhradan gül-çiçək yetirməsini ummaq kimi bir şeydir.

Həqiqətən də sözün bitdiyi yerdir.  Bir müddət əvvəlki yazılarımızın birində xəstə ruhun daşıyıcıları kimi dünyaya gələn bu məxluqatlarla bağlı işlətdiyimiz bir ifadəni bir də təkrar edirəm: Tfu sizin üzünüzə, ey mənəviyyatsız milli xəyanətkarlar...

Zahid Rza,

“İki sahil”