03 dekabr 2020 15:15
478

Milli Toponimik Geoinformasiya Sistemi yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Milli Toponimik Geoinformasiya Sisteminin yaradılması istiqamətində müəyyən işlər görülüb, qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılıb və bir sıra təkliflər işlənilib.

İnstitutdan "İki sahil"ə bildirilib ki, terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi istiqamətində araşdırmalar aparılıb, həmçinin mətnlərdən terminlərin avtomatik çıxarılması metodları təklif olunub. Çoxdilli internetdə Azərbaycan qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri öyrənilib, həmçinin müvafiq şəxs və yer adlarının transliterasiyası üçün müxtəlif yanaşmaların və metodların müqayisəli analizi aparılıb.