27 oktyabr 2020 11:07
484

Millimiz Çexiyaya qarşı

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. “İki sahil” AFFA-ya istinadən xəbər verir ki komandamız Xomutov şəhərində saat 20:00-da Çexiya millisi ilə qarşılaşacaq.

Adıçəkilən yığmalar arasında ötən il noyabrın 5-də “Bayıl Arena"dakı görüş rəqibin 4:0 hesabıyla qələbəsiylə nəticələnib. Xalsız və qrup autsayderi olan millimiz bu oyunda uğursuz gedişata son qoymaq üçün çalışacaq.

AÇ-2021-in seçmə mərhələsi

D qrupu

27 oktyabr 20:00.

exiya - Azərbaycan

Hakimlər: Eşter Urban, Xudit Kulçşar, Katalin Török (hamısı Macarıstan), Volqa Tsiareşka (Belarus).

Xallar: İspaniya – 13, Polşa – 11, Çexiya – 10, Moldova – 3, Azərbaycan – 0.