25 avqust 2019 10:26
769

Millimiz Hollandiyaya qarşı -  Avropa çempionatı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək.

Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.